İSTİLİK SİSTEMLƏRİNİN İSTEHSALI

TƏK VƏ CÜT SPİRALLI BOYLER

Azərbaycanda ilk dəfə istehsal etdiyimiz tək və cüt spirallı BOYLERlərin satışı və istəyə görə quraşdırılması.Bağların,hotellərin,restoranların,parniklərin və bunun kimi bol isti suya və istiliyə tələbat olan digər məkanlarda isti suyun saxlanılması məqsədi ilə istifadə olunur.Belə ki, BOYLER isti su qazanı ,kombi kimi hər hansı bir isti su qaynağına qoşulur və bu isti su boylerin içindəki spiraldan keçərək təmiz suyu qızdırır (yəni radiatorları qızdırmaq üçün dövr edən su boylerin içərisindəki spiraldan keçərək,təmiz suya qarışmadan onu qızdırır.Beləliklə BOYLERdə mütəmadi isti su olur.

  • 100 lt - 3000 lt arasında model seçim imkanı var.
  • İstehsal etdiyimiz bütün modellərdə "ten" üçün yuva var.
  • Bütün modellər poliuretan köpüklə izolyasiya olunur.
  • Dik tip olduğu üçün daha az yer tutur.
  • Bütün modellərə termometr quraşdırılır.
  • İşçi təzyiqi - 8 bar.
  • Bütün məhsullara 2 il zəmanət verilir.