İSTİLİK SİSTEMLƏRİNİN İSTEHSALI

BUXAR QAZANI

Azərbaycanda ilk dəfə istehsal etdiyimiz ölkə sənayesinin əsas gücünü göstərən BUXAR QAZANLARInın satışı və istəyə görə quraşdırılması.

"ISAR GROUP" MMC-yə məxsus olan 3 keçidli od borulu arxası nəm və quru buxar qazanları xüsusi metal lövhələrdən qaynaq üsuli ilə hazırlanır.
Buxar qazanları BS EN 12953 standarlarına uyğun olaraq istehsal olunaraq müştərilərər təklif olunur.
Qazanların istismarı üçün tələb olunan bütün cihazlar qazanın ayrılmaz tərkib hissəsi kimi təchiz olunur və sadəcə uyğun yanacaq ,elektrik enerjisi və su ilə təmin olunmalıdır.
Avtomatik rejimdə işləyən qazanlar istehsal müəssisələrinin işlərinin yüksək səviyədə təşkil olunmasına kömək edir

Nominal temperatur (t) qazanın müxtəlif hissələrinin dizayn gərginliyin hesablanması məqsədi ilə istifadə olunur.Nominal istilik dedikdə, əməliyyat şəraitində metal hissələrin orta istilik səviyyəsi başa düşülür.Buxar qazanının nominal istiliyi 250 °C həddindədir.

Normal hallarda qazan avtomatik nəzarət sistemi ilə işləyir və avadanlıq uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuşdur, sədəcə vaxtlı-vaxtında yoxlanışlar və saxlama əməliyyatları həyata keçirilməlidir.

Üst qatı,kürə,boruların üst qatı ilə birləşmə nöqtələri və ümumiyyətlə qaynaq birləşmələrinin keyfiyyəti laboratoriya mütəxəssisləri tərəfindən radioqrafik, PN Trant və ultrasəs üsulu ilə yoxlanılır .Sonda məhsul layihə təzyiqinin 1.5 mislinə bərabər hidravlik testdən keçirilir.