Polad karkaslı sənaye binasının tikintisi və qüllə kranı

Sənaye və mülki tikinti-quraşdırma işləri.

Sənaye obyektləri, yüksək mərtəbəli binalar, dəmir-beton özül və konstruksiyalar - layihələndirmədən təhvilə qədər.

Metal konstruksiyanın qaynaq ilə hazırlanması

Metal konstruksiyaların və modulların hazırlanması.

Ağır sənaye tipli metal konstruksiyalar və modul bloklar hazırlanır, qumlanır, boyanır və obyektdə quraşdırılır.

Neft-qaz boru kəmərinin quraşdırılması

Neft-qaz və su boru kəmərlərinin quraşdırılması.

Orta və yüksək təzyiqli metal və plastik boru kəmərlərinin çəkilməsi, qaynaq birləşmələrinin radioqrafik və ultrasəs sınağı ilə.

Sənaye qazanxanası

İstilik sistemlərinin istehsalı və quraşdırılması.

İsti su və buxar qazanlarının və boylerlərin istehsalı, qazanxanaların, istilik şəbəkələrinin və günəş kollektorlarının quraşdırılması.

Elektrostatik toz boya xətti

Elektrostatik toz boya.

Metal konstruksiya və detalların qumla təmizlənməsi və davamlı elektrostatik toz boya ilə örtülməsi.

Bioloji çirkab su təmizləyici qurğu

Çirkab su təmizləyici qurğular.

Bioloji çirkab su təmizləyici qurğuların tikintisi, texnoloji avadanlıq və boru kəmərlərinin quraşdırılması.

Sənaye və mülki obyektlər üçün etibarlı mühəndislik tərəfdaşı.

ISAR GROUP 2018-ci ildən Azərbaycanda sənaye və mülki tikinti, metal konstruksiya istehsalı, boru kəmərlərinin quraşdırılması və mühəndislik xidmətləri sahəsində fəaliyyət göstərir.

Layihələri beynəlxalq və milli standartlara uyğun, layihələndirmədən təhvilə qədər öz mütəxəssis heyətimiz və texniki bazamızla icra edirik. Ölkənin aparıcı şirkətləri və dövlət qurumları ilə əməkdaşlığımız gördüyümüz işin keyfiyyətinin göstəricisidir.

Keyfiyyət

Hər mərhələdə keyfiyyət nəzarəti və standartlara tam uyğunluq.

Vaxt intizamı

Razılaşdırılmış qrafikə əməl edir, layihələri vaxtında təhvil veririk.

Tərəfdaşlıq

Hər sifarişçiyə uzunmüddətli tərəfdaş kimi yanaşır, hər sorğuya diqqətlə cavab veririk.

Şirkət haqqında
  • Azercell
  • Azersun
  • Egeraz Group
  • Absheron Saffron
  • Sumqayıt Texnologiyalar Parkı
  • Four Seasons
  • Telli
  • Azercosmos
  • ISR Holding
  • Media Balans
  • Çərkəzli
  • Grand Motors
  • FA Company
  • BF Engineering
  • İlgim
  • Caspian Telecom
  • Lənkəran Mexanikləşdirmə
  • Berqa